Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” ölkəmizdə bu tip yeganə ixtisaslaşdırılmış dövlət idarəsi olub 2 əsas fəaliyyət istiqamətinə malikdir: məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya.
Məhkəmə-tibbi ekspertizanın əsas vəzifəsi ədalət mühakiməsinin tələblərinə müvafiq olaraq, öz spesifik vasitə və metodları ilə cinayətlərin tam və tez bir müddətdə açılmasında, məsuliyyətə yalnız günahı olan şəxslərin cəlb edilməsində, pozulmuş vətəndaş hüquqlarının bərpa olunmasında spesifik ixtisaslı tibbi xidmətin göstərilməsindən ibarətdir. Bununla yanaşı, məhkəmə-tibbi ekspertizalar zamanı müəyyən edilmiş zədələr, zəhərlənmələr, ölümün səbəbləri və həkim səhvlərini araşdırmaqla xəstələnmələrin və ölüm hallarının azaldılmasına, o cümlədən tibbi yardımın yaxşılaşdırılmasına dair profilaktik tədbirlərin təşkilində səhiyyə orqanlarına köməklik etmiş olur.
Məhkəmə-tibbi ekspertiza öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki Prosessual, İnzibati Xətalar məcəllələrini, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”ni rəhbər tutur.
Məhkəmə-tibbi ekspertiza Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliklərinin məhkəmə-tibbi ekspertiza müəssisələrində aparılır. Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaya təşkilati və metodik rəhbərlik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən təmin edilir.
Patoloji anatomiya (Patologiya) səhiyyə sisteminin, həmçinin həkimin elmi və praktik fəaliyyətinin ən vacib sahələrindən olub, xəstəliyin struktur və dinamik əsaslarını öyrənir. Təbabətin yalnız bir komponenti, lakin həyati vacib tərkib hissəsi olan patologiyanın əsas vəzifəsi xəstə orqanizmdə patoloji proseslərin forma və xarakterini, onların qarşılıqlı dinamikasını, struktur dəyişikliklərini aşkar etmək, əsas xəstəliklərin və onların ağırlaşmalarının inkişaf mexanizmini öyrənmək, həmçinin klinik diaqnostika, profilaktika və müalicə prosesləri zamanı buraxılmış səhvləri aşkar etməkdir. Bütün tibbi müayinə, müalicə və müdaxilə hallarında, o cümlədən də planlı şəkildə həyata keçirilən cərrahi müdaxilələr zamanı həkim taktikasının nə dərəcədə düzgün seçilməsinin, patoloji dəyişikliklərin dinamikasının, müalicə patomorfozunun, xəstəliyin müddətinin, forma və stadiyasının, cərrahi müdaxilənin vaxtında aparılmasının və həcminin və sair bu kimi vacib göstəricilərin təyinində yeganə meyar yalnız patoloji-anatomik tədqiqatlar hesab edilə bilər. Morfoloji, yəni patoloji-anatomik diaqnostika ən dəqiq və qəti olmaqla, yeganə diaqnostik üsuldur ki, bu zaman patoloji proseslər heç bir subyektiv mülahizələrə əsaslanmadan, hansısa hesablamalar aparılmadan, obyektiv şəkildə öz hazırki xarakteri, forma və stadiyaları ilə göz qabağında canlanır.
Göstərilən vəzifələri həyata keçirmək üçün isə patoloji anatomiya bu gün öz fəaliyyətində əsasən 2 metoddan istifadə edir:
1) Autopsiya – meyitlərin müayinəsi (təşrihi).
2) Biopsiya – canlı orqanizmin xəstə üzv və toxumalarından götürülmüş bioloji nümunələrin toxuma səviyyəsində mikroskopik müayinəsi. Buna müasir tibbdə klinik patologiya da deyilir. Bura həmçinin toxuma mayesindən, patoloji mayelərdən və selikli qişalardan götürülmüş yaxma materiallarında hüceyrə səviyyəsində mikroskopik tədqiqatı – sitoloji müayinələr də aid edilir.
Elmi dərəcəli əməkdaşlarımız
- T.e.d.; professor – Ədalət B.Həsənov
- T.e.n. – Vüqar K.Hüseynov
- T.e.n. – Samirə M.Yaqubova
- T.e.n. – Zaur M.Kərimov
- T.e.n. – Anar Ş.İbrahimov
- T.e.n. – Hafiz M.Kazımov
- T.e.n. – Faiq İ.Məmmədov
- T.e.n. – Tofiq A.Mirzəyev
- T.e.n. – Mətanət T.Axundova
- T.e.n. – Ceyhun Ə.Ələkbərov
“MTE və PA Birliyi” PHŞ qurum və şöbələrinin ünvan və telefonları
№ | Şöbə (qurum) | Ünvan | Telefon |
1. | “MTE və PA Birliyi” phş | AZ1078; Bakı şəh, Mərdanov qardaşları küçəsi, 131 | (12) 594 63 43 |
2. | Kadrlar şöbəsi | – | (12) 595 25 03 |
3. | Mühasibat | – | (12) 595 64 07 |
4. | Məhkəmə-tibbi Biologiya şöbəsi | – | (12) 595 53 77 |
5. | Məhkəmə-tibbi Kriminalistika şöbəsi | – | (12) 595 54 09 |
6. | Bakı Şəhər şöbəsi | – | (12) 595 39 84 |
7. | Təkrari Ekspertizalar şöbəsi | – | (12) 594 83 94 |
8. | Komisyon Ekspertizalar şöbəsi | – | (12) 594 53 73 |
9. | Ekspertizalara Nəzarət şöbəsi | – | (12) 493 09 02 |
10. | Təşkilati-metodik şöbə | – | – |
11. | Operativ MTE | – | (12) 493 09 02 |
12. | Kompleks ekspertizalar şöbəsi | – | (12) 594 23 69 |
13. | Məhkəmə-Histologiya şöbəsi | Bakı, Şərifzadə küç, 258 | (12) 431 13 13 |
14. | Məhkəmə-Kimya şöbəsi | Bakı, Şərifzadə küç, 258 | (12) 431 08 45 |
15. | Mərkəzi Məhkəmə-tibbi Ekspertizalar şöb. | AZ1078; Bakı, Mərdanov qardaşları, 131 | (12) 596 55 81 |
16. | Patoloji Anatomiya Bürosu | Bakı, Şərifzadə küç, 258 | (12) 431 11 82 |
17. | Bakı şəh. Nəsimi rayon şöbəsi | AZ1078; Bakı, Mərdanov qardaşları, 131 | (12) 594 75 07 |
18. | Bakı şəh. Yasamal rayon şöbəsi | Bakı, Şərifzadə küç, 258 | (12) 431 40 18 |
19. | Bakı şəh. Binəqədi rayon şöbəsi | AZ1054; Bakı, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs. Azadlıq pros. 195. | (12) 412 36 02 |
20. | Bakı şəh. Nizami rayon şöbəsi | AZ1142; Bakı, Nizami rayonu, Şərq küçəsi 7. | (12) 375 12 01 (12) 374 70 56 |
21. | Bakı şəh. Nərimanov rayon şöbəsi | AZ1072; Bakı, Nərimanov rayonu, F.X.Xoyski 85. | (12) 564 64 88 |
22. | Bakı şəh. Sabunçu rayon şöbəsi | AZ1034; Bakı, Sabunçu rayonu, Sabunçu qəs. Ə.Məmmədəliyev küç 20. | (12) 450 19 03 (12) 450 66 76 |
23. | Bakı şəh. Səbail rayon şöbəsi | AZ1023; Bakı, Səbail rayonu, 20-ci sahə, Şahlar Allahverdiyev küçəsi 21. | (12) 581 45 58 (12) 581 52 42 |
24. | Bakı şəh. Suraxanı rayon şöbəsi | AZ1042; Bakı, Suraxanı rayonu, Əmircan qəs., Elxan Həsənov 51. | (12) 452 89 00 |
25. | Bakı şəh. Xətai rayon şöbəsi | AZ1129; Bakı, Xətai rayonu, M.Hadi 312. | (12) 371 76 09 (12) 371 76 08 |
26. | Bakı şəh. Qaradağ rayon şöbəsi | AZ1063; Bakı, Qaradağ rayonu, Lökbatan qəs. Nizami küç 29. | (12) 445 31 01 |
27. | Bakı şəh. Xəzər rayon şöbəsi | AZ1044; Bakı, Xəzər rayonu, Mərdəkan qəs. Ramin Qasımov küç 30. | (12) 454 27 62 (12) 454 54 33 |
28. | Bakı şəh. Pirallahı rayon şöbəsi | AZ1077; Bakı, Pirallahı rayonu, Pirallahı qəs. Kamil Rzayev küç 23/13. | (12) 457 25 01 |
29. | I Patoloji Anatomiya şöbəsi | Bakı, Şərifzadə küç., 258 | (12) 431 11 82 |
30. | II Patoloji Anatomiya şöbəsi | AZ1054; Bakı, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs. Azadlıq pros. 195. | (12) 412 36 02 |
31. | III Patoloji Anatomiya şöbəsi | AZ1034; Bakı, Sabunçu rayonu, Sabunçu qəs. Ə.Məmmədəliyev küç 20. | (12) 450 19 03 (12) 450 66 76 |
32. | Sumqayıt Şəhər şöbəsi | AZ5000; Sumqayıt şəh., 9-cu məhəllə, Mehdi Hüseynzadə küç.11. | (18) 655 91 08 |
33. | Gəncə şəhər şöbəsi | AZ2000; Gəncə şəh., F.Həsənov küç., 51. | (22) 256 03 63 |
34. | Mingəçevir şəhər şöbəsi | AZ4500; Mingəçevir şəh., H.Əliyev pros. 30. | (50) 343 32 53 |
35. | Şirvan şəhər şöbəsi | AZ1800; Şirvan şəh., H.Əliyev pros. 16. | (21) 215 13 60 |
36. | Şuşa şəhər şöbəsi | – | – |
|
|
|
|
37. | Abşeron rayon şöbəsi | AZ0100; Xırdalan şəh., Bakı-Quba avtomagistral yolu şərqi, 8-ci kilometr. | (12) 342 50 05 |
38. | Ağcabədi rayon şöbəsi | AZ0400; Ağcabədi şəh., Hüsü Hacıyev küç., 104 | (21) 275 19 40 |
39. | Ağdam rayon şöbəsi | – | (50) 210 63 12 |
40. | Ağdaş rayon şöbəsi | AZ0300; Ağdaş şəh., H.Əliyev pros. 184. | (50) 366 60 86 |
41. | Ağstafa rayon şöbəsi | AZ0500; Ağstafa şəh., H.Əliyev pros. 55. | (22) 225 36 06 |
42. | Ağsu rayon şöbəsi | AZ0600; Ağsu şəh., M.Ə.Rəsuladə küç., 172. | (55) 453 79 99 |
43. | Astara rayon şöbəsi | AZ0700; Astara şəh., Cavadzadə küç., 1. | (25) 225 18 80 |
44. | Balakən rayon şöbəsi | AZ0800; Balakən şəh., H.Əliyev pros. 100. | (50) 333 21 24 |
45. | Biləsuvar rayon şöbəsi | AZ1300; Biləsuvar şəh., H.Əliyev küçəsi. | (25) 295 21 38 |
46. | Beyləqan rayon şöbəsi | AZ1200; Beyləqan şəh., Sevil Qazıyeva küç., 1. | (21) 225 27 01 |
47. | Bərdə rayon şöbəsi | AZ1200; Bərdə şəh., N.Nərimanov küç., 2. | (20) 205 18 59 |
48. | Cəlilabad rayon şöbəsi | AZ1500; Cəlilabad şəh., Mehdi Hüseynov küç., | (25) 245 16 60 |
49. | Daşkəsən rayon şöbəsi | AZ1600; Daşkəsən şəh., Azər Abdullayev küç., 1. | (22) 215 55 78 |
50. | Füzuli rayon şöbəsi | – | (50) 317 54 92 |
51. | Gədəbəy rayon şöbəsi | AZ2100; Gədəbəy şəh., Cavanşir Ağayev 4. | (50) 313 64 42 |
52. | Goranboy rayon şöbəsi | AZ2200; Goranboy şəh., H.Əliyev pros. 116. | (22) 245 19 08 |
53. | Göyçay rayon şöbəsi | AZ2300; Göyçay şəh., Nizami küç., 183 | (20) 274 32 74 |
54. | Göygöl rayon şöbəsi | AZ2500; Göygöl şəh., Mircəlal Paşayev 1. | (22) 205 45 84 |
55. | Hacıqabul rayon şöbəsi | AZ2400; Hacıqabul şəh., Bayram İbrahimov küç. | (70) 421 47 14 |
56. | Xaçmaz rayon şöbəsi | AZ2700; Xaçmaz şəh., N.Nərimanov küç., 303. | (23) 325 21 13 |
57. | Xızı rayon şöbəsi | AZ8000; Xızı şəh., H.Əliyev pros. 247. | (70) 828 27 18 |
58. | İmişli rayon şöbəsi | AZ3000; İmişli şəh., X.Bəylərov 92. | (21) 246 43 25 |
59. | İsmayıllı rayon şöbəsi | AZ3100; İsmayıllı şəh., M.F.Axundov küç., 65. | (20) 285 43 53 |
60. | Kürdəmir rayon şöbəsi | AZ3300; Kürdəmir şəh., Xanım Soltan İslamzadə 12. | (70) 311 21 26 |
61. | Qax rayon şöbəsi | AZ3400; Qax şəh., 9 Aprel küç., 8. | (77) 755 54 77 |
62. | Qazax rayon şöbəsi | AZ3500; Qazax şəh., Aslan Kəmərli 2. | (50) 346 11 24 |
63. | Qəbələ rayon şöbəsi | AZ3600; Qəbələ şəh., Abbas Səhhət küç., 12. | (55) 324 48 44 |
64. | Qobustan rayon şöbəsi | AZ3700; Qobustan şəh., H.Əliyev pros. 172. | (50) 345 17 27 |
65. | Quba rayon şöbəsi | AZ4000; Quba şəh., Fətəli Xan 10B. | (23) 335 37 82 |
66. | Qusar rayon şöbəsi | AZ3800; Qusar şəh., Quba-Qusar yolu. | (23) 385 58 71 |
67. | Lerik rayon şöbəsi | – | (55) 711 11 85 |
68. | Lənkəran rayon şöbəsi | AZ4200; Lənkəran şəh., Nizami küç.,67. | (25) 254 76 76 |
69. | Masallı rayon şöbəsi | AZ4400; Masallı şəh., Z.Əliyeva küç., 6. | (25) 215 22 83 |
70. | Neftçala rayon şöbəsi | AZ4700; Neftçala şəh., Mirzə Ələkbər Sabir küçəsi. | (50) 333 62 88 |
71. | Oğuz rayon şöbəsi | AZ4800; Oğuz şəh., Dədə Qorqud küçəsi 1. | (50) 353 01 00 |
72. | Saatlı rayon şöbəsi | AZ4900; Saatlı ra., H.Əliyev pros. 300. | (50) 332 96 23 |
73. | Sabirabad rayon şöbəsi | AZ5400; Sabirabad ray., Qalaqayın kəndi. | (50) 332 96 23 |
74. | Salyan rayon şöbəsi | AZ5200; Salyan şəh., H.Z.Tağıyev 114. | (21) 255 48 63 |
75. | Samux rayon şöbəsi | AZ5100; Samux şəh., Arif Nəbiyev 1. | (50) 861 21 31 |
76. | Siyəzən rayon şöbəsi | AZ5300; Siyəzən şəh., Babək küç., 48A. | (50) 333 57 25 |
77. | Şabran rayon şöbəsi | AZ1700; Şabran şəh., H. Əliyev küç., 93. | (50) 333 57 25 |
78. | Şamaxı rayon şöbəsi | AZ5601; Şamaxı şəh., Qədirli küç., 61. | (20) 265 20 40 |
79. | Şəmkir rayon şöbəsi | AZ5705; Şəmkir şəh., S.Qurbanov küç., N2. | (50) 323 11 40 |
80. | Şəki rayon şöbəsi | AZ5500; Şəki şəh., ərifə Əliyeva 175. | (55) 945 20 20 |
81. | Tərtər rayon şöbəsi | AZ5900; Tərtər şəh., R.Mürsəlov küç., 18. | (50) 210 63 12 |
82. | Tovuz rayon şöbəsi | AZ6000; Tovuz şəh., Şəhriyar küç., 32. | (50) 254 66 32 |
83. | Ucar rayon şöbəsi | AZ0332; Ucar şəh., Oğuz küç., 93. | (50) 329 05 44 |
84. | Yardımlı rayon şöbəsi | – | (50) 624 78 06 |
85. | Yevlax rayon şöbəsi | AZ6600; Yevlax şəh., C.Mustafayev küç., 115. | (22) 336 04 48 |
86. | Zaqatala rayon şöbəsi | AZ6200; Zaqatala şəh., Zərifə Əliyeva küç., 58. | (24) 225 26 78 |
87. | Zərdab rayon şöbəsi | AZ6300; Zərdab şəh., Azərbaycan küç., 125. | (50) 359 36 99 |
| Naxçıvan MR “MTE və PA Birliyi” | AZ7000; Naxçıvan şəh., Əziz Əliyev 116. | (36) 545 97 89 |
|
|
|
|
1. | Xankəndi şəhər şöbəsi | – | – |
2. | Laçın rayon şöbəsi | – | – |
3. | Qubadlı rayon şöbəsi | – | – |
4. | Zəngilan rayon şöbəsi | – | – |
5. | Cəbrayıl rayon şöbəsi | – | – |
6. | Kəlbəcər rayon şöbəsi | – | – |
7. | Əskəran rayon şöbəsi | – | – |
8. | Hadrut rayon şöbəsi | – | – |
9. | Ağdərə rayon şöbəsi | – | – |
10. | Xocavənd rayon şöbəsi | – | – |
11. | Xocalı rayon şöbəsi | – | – |