Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Heydər Əliyev
Hörmətli oxucular, saytımızın qonaqları!
Sizi Azərbaycanda praktik və nəzəri təbabətin hələ ilk dövrlərindən fəaliyyətə başlayan patoloji anatomiya və məhkəmə-tibbi ekspertiza sahəsində daha ətraflı məlumat almağa dəvət edir və bundan məmnunluq duyuruq.
Tibbin bu 2 vacib sahələrini – məhkəmə-tibbi ekspertiza ilə patoloji anatomiyanı birləşdirən ümumi cəhətlərdən biri də onların hər ikisinin eyni amala qulluq etmələri – həqiqəti və düzgünlüyü araşdırmasında, insan orqanizmində mövcud olan patologiyanı, zədələnmələri və ya ölüm səbəbini axtarıb üzə çıxarmaqla ən qəti və son sözü demələrindədir. Hər iki sahə tibb elmində tarixən çoxdan mövcud olsalar da, ölkəmizdə onların elmi-fundamental inkişaf tarixi nisbətən cavandır və 100 ilə yaxındır. Ümid edirik ki, bu kiçicik informasiya mənbəyimiz sizin də daimi dəstəyiniz və birgə fəaliyyətimizlə haqqın və ədalətin bərqərar olmasında və bütün mübahisəli hallarda qalib gəlməsində az da olsa rol oynayacaqdır. Sizləri qarşılıqlı əməkdaşlığa dəvət edir, bu yolda bizlərdən köməyinizi əsirgəmiyəcəyinizə ümid edir və öncədən minnətdarlığımızı bildiririk.
Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsin Baş direktoru, tibb üzrə elmlər doktoru, professor Ə.B.Həsənov